Qəriblikdə qəmxarımsan, əzizim,Yetirəsən bir də dosta naməni.İkidilli yardan həzər eylərəm,Salar dildən-dilə, dastana məni.

Qarşı durdum, Leyli dağı göründü,Boyun tək sürahi sağı göründü;Qoynunda şamama tağı göründü,Bəs niyə qoymursan, bostana məni?

Ağzını oxşatdım zənbura, şana,Naşı bülbül uçub qonar gülşana.Yar, oxuna sinəm tutdum nişana,Bəs niyə vurmursan, qəsdən, a məni?

Mən Qasımam, uzaq atdın daşımı,Didəmdən axıtdın qanlı yaşımı.Dost yolunda mən qoyaram başımı,Doğru qəbul etsə astana məni.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви