Əvvəl, əvvəl bu dünyaya,Adəm ata, həva gəldi.Hökm olundu ilahidən,Yerə abır, həya gəldi.

Kimlər idi qıldı sayə?Kimlər əl götürdü xudayə?Məhəmməd Əl Mustafayə,Kəlmə- kəlmə ayə gəldi.

On iki dəstədi gülümüz,Kəlmə gətirdi dilimiz.Şahı mərdandı pirimiz,Salman ona dayə gəldi.

Xəstə Qasım tutar yası,Silinsin könlümün pası.Behiştin bir dəst libası,Fatimeyi Zəhraya gəldi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви