Dördü bir-biriynən eylər ixtilat
Bir çarşıda dörd dərvişə uğradım,Dördü bir-biriynən eylər ixtilat.Dördünün də dili ayrı, dini bir,İki də biz, onlarınan şəş cahat.Əsil kainat.
Bir şəhərin gördüm padşahını,Qulun, yasovulun, hər dəstgahını.Üç yüz altmış altı xoş süpahını,Onlar bir kişidən istədi sursat,Xoş çəkər səffat.
Altı, səkkiz, doqquz idi binası,Otuz cəlalı var, bəyaz sinəsi.Altı min altı yüz məddü mənası,Ərəb idi, əcəm idi, türkü tat.Bir ismə fəryad.
Altıdan qırxatan sərgərdan idi,İki yüz otuzda özün tanıdı;Altı min altı yüz pasiban idi,Kimi yahu çəkər, kimi əssalat,Kim edər fəryad.
İki dərya xoş görünmür gözünə,İki qırx, dörd gəlməz ərin dizinə;Xəstə Qasım, bu şeirinə, sözünə,Qazı, molla, müctəhidlər qaldı matTapmadı kəlmat.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xeste-qasim-dordu-bir-biriynen-eyler-ixtilat
Другие произведения автора
Necə qəhrəmanlar gəldi dünyaya,Köç vaxtı yetişdi, tez oldu getdi.
GəlirsənSəhralarda seyr eləyən xan oğlu,Bir xəbər ver görüm handan gəlirsən?
Gülü məndən alıncaAy ariflər, bir tərlanım uçubdur,Sağ əlimdən sol əlimə alınca.
Ha mayıl olduYatmışdım, üstümə gəldi bir pəri,Yenə yar sevdası ha mayıl oldu.