Qədir gecəsində mətləb dilədim,Tərəhim eylədi o mövlam mənə.İki kimsənədən nur bəyan oldu,Aşikar göründü afitab mənə.

Xab içində qulağa gəldi səda,Əlində cam, ağam verdi bir bada.Nazlı yarı mənə verdi o buta,Ərşidən endi bir şirin xab mənə.

Səksənib qalxdım mən o xabi məstdən,Hər mətləbim vardı dilədim haqqdan.Nagahanı bir səs gəldi Hatifdən,Xabdan durmağı etdi xitab mənə.

Xəstə Qasımam dəsti-rəst oldum,Şahın üzün görüb kəmərbəst oldum.Ağamın payı eşqindən məst oldum,Orda bəyan oldu, dörd kitab mənə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О вине