Ahular məni
Gecə-gündüz ağlaram mən dərində,Qocaltdı nalalar, ahular məni.Yarəbim, bu dərdü-nalam eşidib,Gəlibdi qapında, ahular məni.
Həkkak istər həkk etməyə qaimdi,Həqiqətin qapısında qaimdi,Çox yaxşıdı öz dinində qaimdi,Cahil müsəlmanlar ahular məni.
Xəstə Qasım, kim yaraşır əğyara,Bayqunu gör, məskən salmış ağ yara,Bilmənəm ki, neyləmişdim əğyara,Yatar, durar, hər dəm ahular məni.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xeste-qasim-ahular-meni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О мудрости
Alimlərə hörmət haqqında moizə
Cəfər, ey nuri-dideyi-Seyyid,Qönçeyi-novrəsideyi-Seyyid,
Gəraylı: Xəbər olsun yar-dostaXəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
AğlasinYaşılbaş sonalar ötər göllərdə,Qırıldı qanadım qaldım çöllərdə,