Vaxt dolandı, gəldi keçdi zamana,Niyə əl çəkmədin, a yara, məndən?Nə əcəl gəlmədi, yetişəm cana,Nə xəbər yetmədi, a yara məndən.

Can deyən Fərhaddı, Şirin daha nə?Əsb əlində söylər şirin dəh ana.Gəlibdi ləblərin şirin dahana,Görmüşəm ləzzətin, a yar, əməndən.

İman qələm çalır, nə xoş səfadı,Nə nizam yoxumdu, nə xoş səf adı.Pərişan xəyalım naxoş səfadı,Xain bəd qandırıb a yara məndən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов