Bir ilahim xəlq eləyibTək gəlib cahana Gözəl;Hüsndə şəbahətdiYusifi-Kənana Gözəl.Ariflər, huş yetirin,Nə gəlir dastana Gözəl;Qamətin ər-ər kimi,Duruşun məstana, Gözəl!Əhsən, əhsən deyirəmSən kimi cavana, Gözəl!

Çəkilib əbrulərinQüdrəti-xudadı, yəqin;Qumru tək lisanınınLəfzi tamaşadı, yəqin;Afərin ustadına!Çox kamil ustadı, yəqin;Ləblərin yaqut kimi,Gözlərin şəhladı, yəqin;Vəsfinə nəzmə deyib,Yazaram hər yana, Gözəl!

Boy-büsatın nəqş olub,Dəndanın dürr dənəsidi.Süzülüb şəhdi-şəkər,Dahanın mey xanəsidi.Bir dinib danışmağınGövhərin xəzanəsidi.Cismimə zərbət vuranEşqinin pərvanəsidi.Xəstəyəm, insafa gəl,Bir yetir dərmana, Gözəl!

Yanağın təşbih olurDağların gül, lalasına.Bəstəyəm MəcnunsifətÇeşminin piyalasına;Lütf qıl, mərhəmət et,Bax könlümün nalasına.Hər kimə nazınan baxsan,Düşər eşqin bəlasına;Kəfər baxsa, gələr dinə,Sən kimi insana, Gözəl!

Cisminə bir ləhzədəNəzər salıb kərəmkanı;Xoş bilib, əndamınaNəqş eləyib zərəfşanı.Bimürvət, bir dön bəri,Gör bircə bu binəvanı;Sən niyə tənə qılıb,Görmürsən Novrəs İmanı?!Utanmadınmı, bəs necəSanırsan divanə, Gözəl!?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов