Kimidir
Sevgilim əyninə yaşıl geyinmiş,Sallanışı sərvi-çəmən kimidir.Bu bənzətmə bir az üzdən olsa da,Tamaşa görkəmi səmən kimidir.
Nə arzu eyləsən, könlümdə vardır,Eşqimin səhəri bir ilk bahardır.Ona könül verən nə bəxtiyardır,Fikrim-hissim təzə gülşən kimidir.
Müşfiqin ürəyi yarpaqdan incə,Titrəyir bir xəfif rüzgar əsincə,Məşuqun ayağı haraya dəysə,Orası aşiqə vətən kimidir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/musfiq-kimidir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Oktyabr
Sən ellər toyusan, ellər bayramı,Könüllər mülkünün laləzarısan.
چون دست نمی رسد به سودای امیددر دامن غم کشیده به پای امید
Qəzəl: Xub yetişdin yaxşı aldın könlümü ey yar-heyXub yetişdin, yaxşı aldın könlümü ey yar-heyEy dolanım başına, ey nazin dildar-hey
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi