Hər kəsin əlində beşillik bir plan,Hər yerdə başlamış diqqətli axtarış.Hər yerdə başlamış sürətlə yapılan,Qafalar sındıran dəyərli bir yarış.

Şaxtalar, zavodlar, fabriklər yarışda,Ocaqlar, dəmirlər, çəliklər yarışda.Çıxmışdır yarışa qayışlar, təkərlər;Çıxmışdır yarışa mədənçi, çilingər.

Beyinlər, duyğular, ürəklər yarışda,Sementli özüllər, dirəklər yarışda.Sobalar qızışıb, töyşüyür körüklər,Çağlayır borular, oxuyur düdüklər.

Köylərə sürüylə daşınır traktor,Obalar kəsb edir möhtəşəm bir dekor.Kəndlilər təklikdən bədgüman olub daGurlayır kolxozda, çaxnaşır klubda.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов