Bu arzu göylərdən enmədi, yahu,Makina əsrinin fərmanıdır bu.

Kapital boynunu şişirmək içinBöylə bir yarışa çıxdı ilk öncə.Kəndi şorbasını bişirmək içinOcaqdan ocağa uzatdı pəncə.

Öncə səhmdarlar gəldi diz-dizə,Həpsi toxluğundan açdı ağzını.Acıqla çıxdılar sonra üz-üzə,Bu yarış qovğaya çəkdi bəzini.Dünən üç iqlimdə qurulan pusu,Həycanlı ciblərin son həvəsiydi,Gözlərdə dolaşan qanqırmızı suÖtən yarışların nəticəsiydi.

Hər kəs bilirBizim yarışNə deməkdir,Niçindir.Bu çırpınış, bu axtarışİctimai cəmiyyəti sağlam qurmaq içindir.

Məmləkətə, cəmiyyətə, əzizinə,ÖzünəKim istərsə qursun böyük bir yarın,Tutsun ətəklərindən bu çapqın yarışların.O da bu yarışda əjdərə dönsün,Bir qından çıxan xəncərə dönsün.

Zavodlar da, fabriklər də coşaraq,Bu yarışa hazırlamış bir maraq.Sobalar çıtırdıyor,Təkərlər tıqırdıyor,Tövşüyor körüklər,Ötüyor düdüklər.

Əksi-səda verən dəmir dirəklərlə bərabərBunlar çıxmış yarışa.Bir ciddi axtarışaUmuzlarla, biləklərlə, ürəklərlə bərabər.

Bu yarış,Bu axtarışIstiyor ki,Diyor ki,Könül dənizləri coşub qabarsın.Sağlamlaşıb şüuru hər işçinin,Taleyini sürükləsin sevincininArxasınca aparsın.

Lirikanın dənizləri hər çöldə,Hər könüldəBir səraba dönərkən,Hətta söz söyləmək də ağır bir iş deyildir,Kim istərsə yazar şeir,Lakin bir az beyinlə əylənərək oynamaq,Yarışa çıxmaq gərək.Çağlayan kimi coşmaq, bulaq kimi qaynamaq,Ürək damarlarını yerindən qoparıb daHəyat dinən klubdaOvucda sıxmaq gərək.

Hər kəs bilirBizim yarışNə deməkdir,Niçindir.Bu çırpınış, bu axtarışIctimai cəmiyyəti sağlam qurmaq içindir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов