Yoldaş, səfalətin uçrumlarındanSəni ilk qurtaran böyük xilaskar,Yoldaş, səadətin uçrumlarındanƏn dadlı səslərlə bizi haraylar.Sənin unutduğun ilk məhəbbəti,O saxlar qəlbinin ən boş yerində,İnsanın tükənməz əbədiyyətiÇiçəklənir onun sinirlərində.Söylə, şirinlikdə, hansı fidanda,Hansı gülüstanda, hansı cahanda,Ey yoldaş, ey qadın, sənin varın var?Harda, ey xalqımın böyük yarısı,Anası, bacısı, qızı, qarısı,Bizdə olan kimi ixtiyarın var?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе