Mən şirin ləhcəli bir bülbüləm ki,Güllərdən küsərəm, səndən küsmərəm!Məni öz canından artıq istəyənEllərdən küsərəm, səndən küsmərəm!

Gözlərin misaldır axan çaylardan,Kirpiyin oxlardan, qaşın yaylardan.Qarşımıza gələn uzun aylardan,İllərdən küsərəm, səndən küsmərəm!

El içində bizə derlər Sayadlı,Tərlan ovçusuyam, ruhum qanadlı.İlham pərisinin açdığı dadlıDillərdən küsərəm, səndən küsmərəm!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе