Durnalar
Üç dəstə kakili sərdə cığalar,Çəkilib teliniz qara, durnalar!Seyrangahınızdı uca səmalar,Çıxıbsınız novbahara, durnalar!
Göyçəkdi səsiniz, xoş gəlir hava,Hansı vilayətdə yaparsız yuva?Varmı əlinizdə elə bir dava,Eyləyə dərdimə çara, durnalar!
Qış fəsli Bağdadı yada salmasa,Ayrılıb dəstədən, dala qalmasaQaynağı poladlı laçın olmasa,Nə bac verərsiniz sara, durnalar!
Elim, günüm geri yanda qalıbdı,Sınıq könlüm dərdü-vərəm alıbdı,Qəza məni qürbət elə salıbdı,Alışır cəsədim nara, durnalar!
Məcnun tək çıxmışam Leyli seyrinə,Köçüb gedib, bilməm onun təhri nə?Novrəstə İmandan Viran şəhrinə,Bir xəbər aparın yara, durnalar!
Kitabxana.az · https://kitabxana.az/ru/works/novres-iman-durnalar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hədyan söz danışan, hədyan eşidər,İnsan olan mana hədyan deməsin.
DeyərsizHələ qəflətdəsiz, yatmısız belə,Sayıb məni bir divana deyərsiz.
DeyilAğlaram yolunda, şəhri-Lənkəran,Bu el qürbət eldi, bizim el deyil.
Dərd üz verib, nitqim söylər kalamıDərd üz verib, nitqim söylər kalamı,Bəlkə, sözüm yatanları oyada.
Стихи других поэтов
Qul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
Mehmanxana xidmətçisiOrta yaşlı, çox şirindil bir qadındı,Elə belə soruşdum ki, «adın nədir?»
Əvvəla şərti-gözəllikdə kamal olmalıdırƏvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.
NövhəYenə fitnə alıb meydan,Müftinlər sürür dövran.