Hədyan söz danışan, hədyan eşidər,İnsan olan mana hədyan deməsin.Eybim olsa, qoy söyləsin üzümə,Sonradan dalımca böhtan deməsin.

Əyri sözlə işim yoxdu, yəqin bil,Doğru yola çalışıram müttəsil.Çarxı-gərdiş bəd dolanır ilbəil,Tapılmayır məndə nöqsan, - deməsin.

İman deyər, eşq odunda yanıram,Özümdən böyükdən çox utanıram.İşarədən mətləbini qanıram,Heç kim öz dastuna düşman deməsin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов