Məşşatə gözünə sürmə çəkəndə
Məşşatə gözünə sürmə çəkəndəSanasan, gözümə bıçağı çəkər,Sərasər üzülür riştəyi-canım,Eylə ki, zülfünə darağı çəkər.
Bilmədim qədrini günəş camalın,Sürahi gərdənin, çöhreyi-alın.O aşiq bilir ki, qədrin vüsalın,Bir müddət möhnəti-fərağı çəkər.
Xumar-xumar o baxmağı gözlərin,Yəğmaləyib solu, sağı gözlərin.Hərami qaşların, yağı gözlərinYay silkər, ox atar, sədağı çəkər.
Xubların yaxşısı olmaz kəmməhəl,İşarı edən tək gələr əlbəəl;Bir para əhli-hal olmayan gözəlZənəxdanı gizlər, qabağı çəkər.
Mənsur tək çəkələr dara Zakiri,Yandıralar alovlara Zakiri,Eyləsələr para-para ZakiriNecə dost kuyindən ayağı çəkər?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-messate-gozune-surme-cekende
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Var idi bir lətif əmirzadə,Xanımanı nəzdik Şətti-Bəğdadə.
Zövci-axərİsfəhanda bir pinəduz var idi,Ata, baba zəif sənətkar idi.
Məlikzadə və ŞahsənəmSövdayi-eşqdən istəsən xəbər,Mən edim hekayət, sən ol müstəhzər.
Tərlanlar və ElçilərƏyyami-sabiqdə hakimi-Herat,Göndərirdi Şahi-Yəmənə sovqat.
Стихи других поэтов
Salam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Gəraylı: Ağalar, biwəfa yardanAğalar, biwəfa yardanMən dönərəm, könül dönməz
Qəzəl: Nə ləbdir vəh nə ağızdır bu yarəb vəh nə sözdür buNə ləbdir vəh nə ağızdır bu yarəb vəh nə sözdür buİraq olsun yaman gözdən nə mijgandır nə gözdür bu
TürklərOl qoçaq iranlılar,Ol igit osmanlılar,