Müddətdir həsrətəm, bir gəz, bəri bax
Müddətdir həsrətəm, bir gəz, bəri bax,O xan gözlərinin sədqəsi canım.Könül şikarına şahibaz kimiÇıxan gözlərinin sədqəsi canım.
Rüxsarına qoşa xallar düzülüb,Yoluna baxmaqdan canım üzülüb;Yuxusuz maral tək hərdəm süzülüb,Axan gözlərinin sədqəsi canım.
Eşq əhlini qoymaz gələ yaxına,Göz işləyən yerdən istər toxuna.Sərasər bağrımı müjgan oxunaTaxan gözlərinin sədqəsi canım.
Təsəlli verirdim mən öz-özümə,Nazlı dilbər inanacaq sözümə;Niqab altdan oğrun-oğrun üzüməBaxan gözlərinin sədqəsi canım.
Şikəstə Zakiri gah şad eləyib,Gahi bəndə, gahi azad eyləyib,Könül xanimanın bərbad eyləyib,Yıxan gözlərinin sədqəsi canım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-muddetdir-hesretem-bir-gez-beri-bax
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İsfəhanda bir pinəduz var idi,Ata, baba zəif sənətkar idi.
Məlikzadə və ŞahsənəmSövdayi-eşqdən istəsən xəbər,Mən edim hekayət, sən ol müstəhzər.
Tərlanlar və ElçilərƏyyami-sabiqdə hakimi-Herat,Göndərirdi Şahi-Yəmənə sovqat.
Həyasız Dərviş və İsmətli QadınBir dərvişi-biismətü bihəya,Mübtəlayi-şəhvət, talibi-zina