Müəttər zülfünün həsrətin çəkənGül iyləməz, müşkü ənbər istəməz.Camalın müştaqı baxmaz günəşə,Üzün sevən bədri-ənvər istəməz.

Canü dili bəslər idim, sevərdim,Tapşırıb cananə azala dərdim;Qoşub bir-birinə bu gün göndərdim,Bilməzəm, o bədxu istər, istəməz.

O şahibaz gözlərini görəndə,Uçar mürği-ruhum, durmaz bədəndə;Dilin soran baxmaz nabatə, qəndə,Ləbin əmən şəhdü şəkkər istəməz.

Əlhəzər yay qaşın şux peykanından,Vurar, yıxar, etmək olmaz yanından;Gözəl sevən gərək keçə canından,Canını istəyən dilbər istəməz.

Həddi yoxdur məndə cürmü günahın,Həm müqəssirinəm, həmi güvahın,Zakirin qətlinə bəsdir nigahın,Əl vurma, qəbzei-xəncər istəməz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви