Qadir Allah səbəb salıb araya,Sevdiyim, ixtilat qatmaq çağıdı.Dur qolboyun olaq, fürsət var ikən,Nə qəmə, qüssəyə batmaq çağıdı?

Götür qoy bir səmtə bəzəyin, sərin,Qorxuram dağıla zəru zivərin.Başın qüllabəsin, belin kəmərinHər birin bir yana atmaq çağıdı.

Üz bürüməz yar yarını görəndə,Bu xasiyyət nədir bilmərəm səndə?Biganələr kimi oturma gendə,Gəl sarmaşaq, alıb-satmaq çağıdı.

Qul xətasız olmaz, ey çeşmi xumar!Öldürsən də sonra ixtiyarın var.Bu gündən sabaha yoxdur etibar,Soyun, gecə keçdi, yatmaq çağıdı.

Canım qurban qaşlarının tağına,Pərvanə tək dolan solü sağına.Zakir, dön başına, düş ayağına,Nə danışıb söz uzatmaq çağıdı?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов