Qadir Allah səbəb sala araya,Gənə dost kuyinə yollar açıla.Sərəndaz pozula, bəzək dağıla,Əfşan ola siyah tellər, açıla.

Diyari-qürbətdə qalmışam həsrət,Bir zaman olmadı didarın qismət,Mürüvvətdir el şad ola, bimürvət,Mənim gözlərimdən sellər açıla?!

Sən ol öz Allahın, dinmənəm mən də,İnsafa layiq iş hansıdır səndə?Sevgi gərək sevgisinə yetəndəQucaqlaşa, qulac qollar açıla.

Sən gedəndən bəri hərgiz gülmənəm,Nə yaxşı ki, bu hal ilə ölmənəm;Qış, üzün qəmindən belə ki, mənəm,Vay odur yaz ola, güllər açıla.

Yüz ilin xidməti gəlmədi karə,Təqdiri-qəzayə olmadı çarə;Zakir, yarın yar olmağın əğyarəGələ gör eşidə ellər, açıla.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви