Hüsnün sultanı gözlərəTamam xanü paşa qurban.Şəbnəm kimi gül üzündəQətrə-qətrə yaşa qurban.

Olmuşam dərdə həvalə,Çəkirəm sübhədən nalə;Əqlü huşum-zülfü xalə,Mən özüm-yay qaşa qurban.

Götür tiğini dəstinə,Can sədəqədir şəstinə,İki nərgisi-məstinəGətirmişəm qoşa qurban.

Bir aşiq bəsdir qurbana,Batma munca nahaq qana;Yatar dərində yan-yana,Veribdir baş-başa qurban.

Qətl eylə Zakiri-zari,Yoxdur özgə tələbkari,Ondan qeyri, səni tari,Kəsmə, həddən aşa qurban.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов