Cəfa çəkdim, bağ yetirdim
Cəfa çəkdim, bağ yetirdim,Gülşəni xarə tapşırdım.Bunca fikrü xəyal etdim,Tapmadım çarə tapşırdım.
Ölsəm qoyun, sizi tarı,Yönümü dilbərə sarı.Özüm öz əlimlə yarıBu gün əğyarə tapşırdım.
Nə qədər eylədim minnət,Vəslinə vermədi fürsət;Lailac olub, aqibətGənci şəhmarə tapşırdım.
Qaldım misali-pərvanə,Eşq oduna yanə-yanə;Canı göndərdim cananə,Dili dildarə tapşırdım.
Xəstə Zakir kimi hanıKönlü olan qəm məkanı?Mən öldüm, ahü əfğanıBülbüli-zarə tapşırdım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-cefa-cekdim-bag-yetirdim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Aç qara zülfünü ta səfheyi-ruxsarı tuta,Xoş olur sünbül əgər açıla gülzarı tuta.
BiləydiMən onu bir könüldən, min könülə sevmişəm.Bu saf məhəbbətimdən görən xəbəri varmı?
Əlif-lam“Əlif”dən sürahi alagöz yarım,“Ba” babi cahanda qılmana bənzər.
اگر چه بی نیاز ست از دو عالم ناز تمکینشچه بیتابانه می چسبد به دل لبهای شیرینش