Nə müddətdir dost yollarıBağlanıbdır, xəbər gəlməz.Nə bir namə, nə bir qasid,Heç biri, müxtəsər gəlməz.

Yazaram, eylərəm minnət,Gah aşikar, gahi xəlvət.Yəqinimdir o bimürvətHəqdi, gəlləm deyər, gəlməz.

Hərdəm artırır qəzəbin,Soruşan yoxdur səbəbin;Yad etməkdən ləlbi-ləbinDöndü qanə cigər, gəlməz.

Xəbər aldım dönə-dönə,Yar qəhrin çəkən kimsənə,Əlhəqqi, çox dedi genə;Bivəfadan səmər gəlməz.

Lütf eylə Zakiri-zarə,Baxma təneyi-əğyarə,Qiyamət qopsa, xublarəAşiqindən zərər gəlməz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви