Nə faidə, ildə bir yolOlur lazım sizə qurban.Mən istərəm sənə gündəOlam tazə-tazə qurban.

Əqlü huşi, din imanıEtmişdim qaşın qurbanı;Dur öldür, sevdiyim, canıGətirmişəm gözə qurban.

Eşq əhli cüstü cuyində,Dolanır dövri-ruyində,Yatarlar səri-kuyində,Tökülübdür düzə qurban.

Deyin sərvi-güləndama;Öldürsün, yetişim kama;Müşküldür gələn bayramaAcü susuz dözə qurban.

Siyəh zülfün kəmənd eylə,Zakiri payibond eylə;Etibar yoxdu, bənd eylə,Qoyma açıq gəzə qurban.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви