Diriğa, getdi bir-bir dərdbilənlər, fərd mən qaldım,Cahanda xatiri qəmgin, dili pürdəd mən qaldım.

Ənisü mehribanım Mehribanda vasili-rəhmətOlub, dari-fənadə zarü səhragərd mən qaldım.

Mətai-can xirid etdi rəfiq kərm ikən bazar,Pozuldu rövnəq, ancaq qaldı ahi-sərd, mən qaldım.

Xəyalət əhli-xaki-kimya tək, napədid oldu,Tutub rahi-ədəm iskir-təban, kərd mən qaldım,

Görüb dəhrin vəfasın, çəkdilər əl eyşi-aləmdən,Bu viran mülkdə, səd heyf, tənpərvərt mən qaldım.

Həqiqət mənzilinə yetdilər mərdi-rəhi-aləm,Mənə bu ar yetməzmi, həmin namərd mən qaldım.

Edər syeri-gülüstani-bəqa ağgünlülər hər yan,Qara gün içrə gülbərgi-xəzan tək zərd mən qaldım.

Vəzirü şah rüx tutdu piyadə xaneyi-fərzə,Səməndi-fil ləng oldu, dağıldı nərd, mən qaldım.

Müsibət salının tarixi amma oldu “tarixim”Köçüb ustad, Zakir bihünər şagird mən qaldım.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира