«Molla Nəsrəddin» yazıçılarından «Çiri Məsmə»yə cavab
Bakıda tazə çıxıb bir Ətağa, Məsmə bacı!Təri, çirki, nəfəsi dərdə dəva, Məsmə bacı!
Hər tərəfdən gətirirlər Bakıya xəstələri,Diz çökür gündə hüzurunda qadın dəstələri,Döşəkin altı qızıl, yanları «bon» bəstələri,Nəzr alıb vermədədir xeyir-dua, Məsmə bacı,Tökülür başına hər gün nücəba, Məsmə bacı!
Uşağı tərsinə gəlmişdi dayım arvadının,Dadü fəryadı uçalmışdı zavallı qadının,Canımız qəbrinə qurban ağanın əcdadının,Qarnına sürtdü əlin, verdi şəfa, Məsmə bacı,Ağa bir künlükə də oldu «mama», Məsmə bacı!
Olmamışdı uşağı on sənə bacım qızının,İşi mə’cun yemək oldu Nisənin baldızının,Kişisi lap qocalıb taqəti getdi dizinin,Azca qalmışdı gedib arvad ala, Məsmə bacı,Axırı qıldı ağa bir qız əta, Məsmə bacı.
Gəl ziyarət elə sən də Bakı peyğəmbərini,Çəkiyor külnisələr çeşminə xaki dərini,Üzaçığ zalxaçığazlar da öpür əllərini,Kişilərdən də nə çoxdur ürəfa, Məsmə bacı!Hərəkətsiz ətə olmuşla fəda, Məsmə bacı.
Külqədəm də ərinin şişəyə dutmuş qanını,Nəzr üçün gizlicə satmışdı Sona yorğanını,Nəzr edib doldura Naznaz ağanın qəlyanını,Masaj eylər bədənin Güllü xala, Məsmə bacı,Gülpəri istədi qulluqçu qala, Məsmə bacı.
Bürümüş doğmayan arvadlar onun hər tərəfin,Keçən il ağzına bir dəfə tüpürmüş Şərəfin,O kəramətlə doğub bircə dənə xoş xələfin,Sənəmə və’də verib bircə bala, Məsmə bacı,Neçəsi istər ona siğə ola, Məsmə bacı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-molla-nesreddin-yazicilarindan-ciri-mesme-ye-cavab
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Doktor Araratyan ingilisləri istiqbal etdikdən sonra düz evinə qayıtdı. Ona nəştər vursaydın qanı çıxmazdı. Çünki ingilislərin Bakıya dəyərli bir qüvvə gətirməməsi üzündən bir çoxları onu hələ körpüdə ikən məzəmmət etməyə başlamışdı.Araratyan bir kərə Həmədana, ikinci dəfə Ənzəliyə gedərək ingilisləri Bakıya gətirmək üçün apardığı müzakirənin müvəffəqiyyətsizliyi ilə daşnaq və onlarla əməkdaşlıq edən menşeviklərin nifrətinə səbəb olmuş və tənqid edilmişdi. Buna görə də, doktor Araratyan üçüncü dəfə İrana getməyi və ingilis generalı Denster-Vil ilə danışmağı qət etmişdi. O, pilləkənləri yuxarı çıxaraq, zəngi basdı. Xidmətçi qapını açan kimi doktor bir dəstə kağız pul verərək xidmətçiyə dedi:
XXII. Generalın yanındaDoktor Araratyan qızı Esterlə bərabər Ənzəlidə quruya çıxarkən, 39-cu ingilis briqadasının kiçik bir hissəsi də Bakıya göndərilmək üçün gəmilərə otururdu.Araratyan yeni toplar və yeni zirehli avtomobillərin Bakıya göndərildiyini gördükdən sonra cibindən yazılı bir kağız çıxarıb çırdı. Bu kağız Araratyanın generala deyəcəyi sözlərin müxtəsər konspekti idi. Araratyan Bakıya göndərilən hərbi ləvazimatı gördükdə, öz-özünə:
XXIII. Yeni hökumətin siması«Müfəssəl deklarasiya dinləmək üçün vaxt olduqca azdır. Birləşmiş iclas Bakını müdafiə tədbirlərinin müzakirəsinə həsr edilməlidir.Tiq-Çonson
XXIV. Esterin həbs edilməsiBolşeviklərin həbsə alınması və onların əmlakının və hərbi ləvazimatın müsadirə edilməsinə dair çıxarılan qərar Esterə olduqca ağır təsir bağışladı. Esterin zənnincə bütün bolşevik işçilər həbsə alınacaq və edam ediləcəkdi. O, bolşeviklərə məhəbbət bəsləyir və onların hökumət başından çəkilməsinə çox kədərlənirdi. Esterin bolşeviklərə bəslədiyi hüsn-rəğbətdə, Vahanla olan səmimi əlaqəsi də mühüm rol oynamaqda idi.O, daima qəlbində «Bolşeviklər yaxşı və xalqın qeydinə qalıcı adamlar olmasaydı, Vahan onlara qoşulmazdı» deyə düşünürdü.
Стихи других поэтов · Сатира
Ceyranı atıb vurmaq, əgərçi qadağandır,Ceyran yatağı Mil düzüdür, bir də Muğandır.
İki ildir vafat edib Sabirİki ildir vgfat edib Sabİr,Onu millət gözəlcə yad eliyib,
Ə. Qəmküsar bəradərimə cavab“Təhvili-ibarət” sözünü “tərcümə” qanmaq, –Məktəbli çocuqlar da bilir kim, bu xətadır;
DardanelI– Ayın başında, maaş cədvəlinə qol çəkib neçə yüz manat alırsınız, elə bilirsiniz ki, bir igidlik elədiniz?