Ceyranı atıb vurmaq, əgərçi qadağandır,
Ceyran yatağı Mil düzüdür, bir də Muğandır.

Ceyran ovunun aşiqiyəm, çox gözəl ovdur,
Hər kəs ola çöldə, deyər, əntiqə kinodur.
Ceyran qaçır, ardınca maşınlar qovaqovdur,
Bir kimsə soruşmur, bu nə fəryadü fəğandır?
Ceyranı atıb vurma, yasaqdır, qadağandır!

İt vuruşduran, qoç döyüşdürən

Mən düşmürəm itbazlığın əsla həvəsindən,
Könlüm açılır həftədə zingilti səsindən.
Xoşdur mənə yüz yol bu bədən tərbiyəsindən,
Qoçlar döyüşür, itlərin əzaları qandır,
Bir kimsə soruşmur, bu nə fəryadü-fəğandır?

Balıq oğruları

Dəryaça olub indi Sarayda yekə şorluq,
Salsın Masazır kəndi badımcan, pamadorluq,
Çəkməz sudan ötrü Bakı bundan sora korluq,
Dəryaça balıqlar yetirir, gəl bunu qandır,
Qoy nəsli çoxalsın, onu tutmaq qadağandır!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира