Qaçdı səhralərə Məcnun, demə Leylayə görə!Eşqə duşmuş o da bir başqa müəmmayə görə.

Hərə bir dərd ilə aludədir, eylər nalə,Mən sənin hüsnünə bülbül güli-rənayə görə.

Bu təmənnadə idim vəslinə, ey gül, yetərəm,Sındı məndən ürəyin tez bu təmənnayə görə.

Yusifin eşqi Züleyxanı şərəfdən saldı,O da zindana düçar oldu Züleyxayə görə.

Başqa məhparələr eşqində gözumdən düşdu,Qətrə gözdən düşər, əlbəttə ki, dəryayə görə.

Gül üçün bülbüli-şeyda keçir öz canından,Gül nəyindən keçəcək bülbüli-şeydayə görə?

Ömrümüz indi ki, Vahid, belə sürətlə keçir,Mümkün olduqca bu gün gör işi fərdayə görə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви