Məni atdın, gözəlim, özgələrə yar oldun
Məni atdın, gözəlim, özgələrə yar oldun,Neyləmişdim, mənə yar olmadın, əğyar oldun?
Bivəfa olmayasan, sən mənə söz vermiş idin,Niyə biganəyə axırda vəfadar oldun?
Mən ki hər möhnətə qatlaşmışam eşqində sənin,Nə səbəbdən mənə sən bir gül ikən xar oldun?
Hanı ol əhdə vəfa eylədiyin günlərimiz,Niyə əğyar kəməndinə giriftar oldun?
Min cəfa eyləyəsən, mən yenə eşqimdə varam,Mənə, hərçənd, əzəldən də cəfakar oldun.
Heyf, o zəhmətlərə, mən çəkmişəm eşqində sənin,Fikr edirdim mənə sən, bəlkə də, qəmxar oldun.
Özün axırda peşiman olacaqsan, bilirəm,Mənə rəhmin dəyişib, bəlkə, tərəfdar oldun.
Vahidəm, min bu qədər cövr edəsən, mən dözərəm,Məstsən, get hələ sən, bəlkə də huşyar oldun.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-meni-atdin-gozelim-ozgelere-yar-oldun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
O bivəfa mənim istəkli yarım onda idi,Əsiri bir mən idim, ixtiyarım onda idi.
Canandı, bir də mən, gecə on bir tamam idiCanandı, bir də mən, gecə on bir tamam idi,Gizli deyib danışmağa əsli məqam idi.
Bu bəzmi-işrətə, saqi, piyalə gec gəldiBu bəzmi-işrətə, saqi, piyalə gec gəldi,Gözün fədası, bizi sal xəyalə, gec gəldi.
Qəm çəkmə, könül, məclisə canan yenə gəldi!Qəm çəkmə, könül, məclisə canan yenə gəldi!Bu qalibi-biruhə verən can yenə gəldi!
Стихи других поэтов · О любви
چه خواهد اهل معنی زان عبارتکه سوی چشم و لب دارد اشارت
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
Ey sevdiyim, səndən cüda düşəliEy sevdiyim, səndən cüda düşəli,Nə səbrü sükunun, nə taqətim var.
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.