Qəm çəkmə, könül, məclisə canan yenə gəldi!
Qəm çəkmə, könül, məclisə canan yenə gəldi!Bu qalibi-biruhə verən can yenə gəldi!
Bir neçə gün olmuşdu günüm tirə qəmindən,Şad etdi məni, ol mahi-taban yenə gəldi!
Ahəstə yığıb başına öz ləşkəri-zülfün,Könlüm evini etməyə viran yenə gəldi!
Sal boynuma, canana dedim, həlqeyi-zülfün,Güldü, dedi, divaneyi-dövran yenə gəldi?
Fərhadə deyin, eyləməsin dağdə fəryad,Bu məclisə ol xosrovi-xuban yenə gəldi!
Qan ağlama, bülbül, dəxi gülzar həvəsində,Əyyami-xəzan keçdi, gülüstan yenə gəldi!
Vahid, bilir aləm məni, ol zülfə əsirəm,Sən çox demə, Məcnuni-biyaban yenə gəldi!
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-qem-cekme-konul-meclise-canan-yene-geldi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey gül, sənə könlümdə məhəbbət yenə vardır,Əvvəl var idi vəslinə həsrət, yenə vardır.
Sənin kimi, gözəlim, gülüzarımız vardırSənin kimi, gözəlim, gülüzarımız vardır,Xəzanə dönməyəcək novbaharımız vardır.
Xalq arasında məni rüsva qılan bir yardırXalq arasında məni rüsva qılan bir yardır,Aləm içrə firqeyi-məhrulərə sərdardır.
Gözəlim, gül üzünə aşiq olanlar çoxdurGözəlim, gül üzünə aşiq olanlar çoxdur,Şəmtək atəşi-eşqində yananlar çoxdur.
Стихи других поэтов · О любви
Başına döndüyüm, ey nazlı dilbər,Gəlirmi guşuna sədalar məndən
Qəzəl: Ançe ma rəncə kəşidimآنچه ما رنجه کشیدیم عبث بود عبثدر ره عشق دویدیم عبث بود عبث
Qəzəl: Bağı-hüsnündə bu sünbüllər ki dəstədirBağı-hüsnündə bu sünbüllər ki dəstədir,Sayəsində xətti-müşkin sübzeyi-nurəstədir
Çığalı müxəmməs: Ey şux mənim yar, vəfadar imsən sənEy şux mənim yar, vəfadar imsən sən,Dil gülşəni, həm qönçeyi-gülzar imsən sən,