Bayram yeli əsdi, gülüzarım təzələndi,Şadlıq gətirən xəlqə baharım təzələndi.

Hər il bu günü bayram edir xəlqimiz azad,Tarixlərə səbt oldu vüqarım, təzələndi.

Gülşəndə açıb gül, eləyir aləmi xoşhal,Eşq əhlinə xoş nəğməli tarım təzələndi.

Qızlar bürünüb al qumaşa işvə-naz ilə,Könlüm sevən aşiq – deyə, yarım təzələndi.

Ellər geyinər fəxri libasın belə gündə,Həftsin düzülən nəqşi-nigarım təzələndi.

Vahid yazacaq məmləkətə, millətə təbrik,İl döndü, fələk döndü, diyarım təzələndi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви