Öz yarimə, bilməm, niyə biganəyəm indi,Onsuz, elə bil ki, dəli-divanəyəm indi.

Zülfündə əsir olduğum ol nazlı nigarınŞəmi-ruxünün dövrünə pərvanəyəm indi.

Qan olsun o mey, bir də onu mən ələ alsam,Səd şükr ola, tərki-rəhi-meyxanəyəm indi.

Gördükcə bu gülüzlülərin çeşmi-siyahınMeysiz də həmin zövqlə məstanəyəm indi.

Nə hüsnünə, nə vəslinə möhtacam o şuxin,Möhtac bir ol zülfi-pərişanəyəm indi.

Məcnunu mənəm indiki əsrin, hanı Məcnun?Dillərdə mən ondan daha əfsanəyəm indi.

Divanə idim eşqdə xalqın nəzərində,Şükr eylə, könül, aqilü fərzanəyəm indi.

Vahid, mənə kafər demə, mən eşqpərəstəm,Nə talibi-məscid, nə də bütxanəyəm indi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви