Etməm, gözəlim, kimsəyə bir şikvə qəmindən
Etməm, gözəlim, kimsəyə bir şikvə qəmindən,Yansam da, yaxılsam da tükənməz sitəmindən.
Dünyada sanardım əbədi ömrümü xoşbəxt,Öpsəydim əgər bir də mübarək qədəmindən.
Dönsün mənə bir zülmətə çərxin yeni ayi,Tutsam əgər artıq onu əbruyi-xəmindən.
Bu fəxr yetər kim, mənə üftadeyi-eşqəm,Sal başıma bir sayə humayi-kərəmindən.
Zahid! Rüxi-cananıma bir yol nəzər eylə,Vəsf etmə mənə bir daha baği-İrəmindən.
Mötadi-qəmi-eşqinəm, ölləm, bilir aləm,Bir ləhzə əgər ayrıla könlüm ələmindən.
Gül çəkdi xəcalət, üzünü gördü, qızardı,Ləbbəstəliyi qönçələr öyrəndi fəmindən.
Vahid! Bu qədər incə qəzəllər ki, yazırsan,Bir gün gələcək, od yağacaqdır qələmindən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-etmem-gozelim-kimseye-bir-sikve-qeminden
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bavəfa olmaqdan isə bivəfalıq yaxşıdır,Baədalıqdan nə ləzzət, biədalıq yaxşıdır.
Nə imişMollalar milləti gümrahə, demə, rəhbər imiş,Əhsən, əhsən, kişilər naibi-peyğəmbər imiş!
Nəyə lazımSalus əyyara bənzətmə*Oldun tutalım, sahibi-vicdan, nəyə lazım?
Qocalıqdan şikayətQocalıq saldı ayaqdan məni, ey dad, ölürəm!Düşməyir indi cavanlıq ələ, fəryad, ölürəm!