Nəyə lazım
Salus əyyara bənzətmə
Oldun tutalım, sahibi-vicdan, nəyə lazım?Ya kani-ədəb, mənbəyi-ürfan, nəyə lazım?
Kəsb eyləmə cəhd ilə cahanda ürəfalıq,Dünyada kişi olmadı nadan, nəyə lazım?
Murü mələx asa düş ayaq altına daim,Tut rəsmi-gəda, şəni-Süleyman, nəyə lazım?
Rəncidə elə xalqı, danış acı zəhərtək,Şirin danışar isə gər insan, nəyə lazım?
Tənqidi-həsüdanəni yaz əhli-kəmalə,Ağlında əgər olmadı nöqsan, nəyə lazım?
Şairlik elə, anlama əndazeyi-şeri,Yazdıqların həp olmadı hədyan, nəyə lazım?
Sərf etmə pulun, millət əgər ölsə acından,Biçarələrə eyləmək ehsan, nəyə lazım?
Küffar kimi vermə həvəs elmü fünunə,Elm əhli olar isə müsəlman, nəyə lazım?
Zahid kimi məxluqi əvam etməyə səy et,Dünyayə sat imanını, iman, nəyə lazım?
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-neye-lazim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gözün qadasın alım, sən nə yaxşı dilbərsən!Deyil xilaf, desəm: Leyliyə bərabərsən.
Bir gün, gözəlim, qəbrimin üstdən ötüşərsənBir gün, gözəlim, qəbrimin üstdən ötüşərsən,Dərdindən ölən aşiqini bir düşünərsən.
Bu hüsn ilə, gözəlim, sən gözəllərin gözüsən!Bu hüsn ilə, gözəlim, sən gözəllərin gözüsən!Nə vaxtadək salacaqsan fərağına bizi sən?
Mərdümi-çeşmim edib mişksifət zülfü vətənMərdümi-çeşmim edib mişksifət zülfü vətən,Dami-səyyadidə san bənd olub ahuyi-Xütən.