Mərdümi-çeşmim edib mişksifət zülfü vətən
Mərdümi-çeşmim edib mişksifət zülfü vətən,Dami-səyyadidə san bənd olub ahuyi-Xütən.
Qanə döndü, görüb ol ləli-ləbin şişədə mey,Açmadı qönçə ağız, gördü səni təngdəhən.
Gər bu qamətlə xuram eyləyəsən gülzarə,Səbzə torpağa düşər, görcək olar xar çəmən.
Səni tarı, səri-kuyində əgər can versəm,Təni-üryanıma geysulərini eylə kəfən.
Vaiz, övqatımı təlx eyləmə vəz ilə əbəs,Yoxdu ol büt kimi şirinləbü azadəsüxən.
Mən dolandıqca cahan mülkünü gərdun dolanır,Rişteyi-eşqim olub tusəni-gərdunə rəsən.
Əhd qılmışdı, mənə busə verə, vermədi dün,Vahida, görmədim ol məh kimi bir əhdşikən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-merdumi-cesmim-edib-misksifet-zulfu-veten
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Derlər, düşübdü İran səhmanə, əhsən, əhsən!Əhsəntü barəkallah İranə, əhsən, əhsən!
Ey gözümÇəkmə qəm millət yolunda, şad ikən qıl seyri-bağ,Lalərüxlər seyrin et, çək sineyi-məzlumə dağ.
FərmanMəsciddə bu il hökm elədi Molla Süleyman,Bir gündə gərəkdir kəsilə Bakıda qurban.
Zənn edərİnsan müdam aqili divanə zənn edər,Öz dost, aşinasını biganə zənn edər.
Стихи других поэтов · О любви
Görə bilməm arizini,Tutubdur sər-basər zülfün,
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb tabanƏcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.
OnaMunda kim var deyim yari-vəfadarım ona,Çəkibən xəlvətə bir sir açım əsrarım ona,
QayıtmaSəni xatırlaram ömrün başında,Barmağın son dəfə dəyəndə simə.