Gəl, ey fəraqı məni zarü biqərar eləyən,Bəlalı başımı yüz qəmlərə düçar eləyən.

Qoyan cəmalinə həsrət həmişə aşiqini,Rəqibə yar olub, ey aşiqin kənar eləyən.

Vəfalı aşiqinəm, görmürəm vəfa səndən,Hanı sənin kimi bir zülmü bişümar eləyən.

Bəlayi-eşqə düşüb tirəruz olmazdım,Siyahi-türrələrindir günümü tar eləyən.

Gəzərdim ol səri-kuyində ixtiyarım ilə,Yox idi kimsə qapından məni kənar eləyən.

Amandır, bir də, könül, yarə etibar etmə,Xəyalı səhv edib onlara etibar eləyən.

Şərabi-eşqini Vahid içib də məst olmuş,Təəccübəm ki, onu yoxdu huşyar eləyən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви