Yenə ya rəb, nə qəmgindir mənim bu şad olan könlüm,Rumuzi-eşqdən agah olub, ustad olan könlüm.

Görübdür yari əğyarə olubdur məhvi-nəzzarə,Edibdir sinəsin parə, mənim abad olan könlüm.

Niyə peymanədən kecdin, niyə zəncirdən qacdın?Nədəndir collərə duşdun, mənim bərbad olan könlüm?

Fəraqin ruzi-məhşərdir, sərasər möhnətü-qəmdir.O zülfün kimi dərhəmdir, mənim azad olan könlüm.

Макта — последний бейт с тахаллусом поэта. Baxın bu Natəvan zarə, gunu bəxtim kimi qarə,Gəzər Məcnun tək avarə, mənim naşad olan könlüm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви