Ey gül, səni kim ayrı salıbdır çəmənindən?Aç gizli müəmmanı o qönçə dəhənindən.

Cənnət sözünə xəlqdə rəğbət azalıbdır,Cənnətdə nələr var ola artıq Vətənindən?!

Gülzari-Vətən seyrinə ahəstə qədəm qoy,Torpaq da ətirlənməlidir gül bədənindən.

Şux baxmağı, nazikliyi öyrəndi çəməndəNərgiz baxışından, güli-tər pirəhənindən.

Gizlətmə o gül çöhrəni zülf içrə, xətadır,Qoy feyzə yetək biz də güli-yasəmənindən!

Vahid sənin eşqinlə gəlir şurə həmişə,Tuti kimi ayrılma o şirin süxənindən!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви