Könül, inanma o şuxə, vəfası yoxdur onun,Həqiqi məhrəm olan aşinası yoxdur onun.

Mənim təranəmə bülbül çəməndə həsrətdir,Mənimtək eşqdə şurü nəvası yoxdur onun.

Mən indi ki varam aləmdə, ölməyib Məcnun,O yoxsa da, deməyin, əğrəbası yoxdur onun.

Fələkdən ummaq əbəsdir ümidi-zövqi-həyat,Binası qüssəvü qəmdir, səfası yoxdur onun.

Təbiət aşiqidir öz yaratdığı gözəlin,Şüursuzdur əzəldən, zəkası yoxdur onun.

Əsiri-zülfi-nigar olmayan deyil aşiq,Başında eşqü məhəbbət həvası yoxdur onun.

Bütün gözəllərədir Vahidin bil ixlası,Gözəldən özgə şeyə ixtisası yoxdur onun.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви