Yüzlərcə xəlq içində əgər əhli-naz ola,Mümkün deyil ki, sən kimi bir sərvnaz ola.

Bülbül gülün sevir, səni mən, tuti şəkkəri,Eşq əhli bir şeyə gərək, əlbəttə, baz ola.

Əsl gözəlliyin iki şeydir nişanəsi:Zülfü qara, sineyi-safi bəyaz ola.

Aşiq gərək düşüb qədəmi-yarə yalvara,Aşiqlər içrə bəlkə o bir sərfəraz ola.

Bülbül həmişə öz gülünə arizu çəkər,Vay onda, xardan buna da etiraz ola.

Yar inciyib küsəndə onun başqa zövqü var,Hərdənbir ortalıqda gərək ərk-naz ola!

Dünyaya gəlməyib elə bir nazənin gözəl,Dərd əhlinə təsəlli verə, dilnəvaz ola.

Sultani-aləm olsa da Vahid zəmanədə,Əvvəl gərək əsiri-kamali-Əyaz ola.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви