Ey namə, tez yetir özünü yar olan yerə,Bülbüldən ərzi-hal elə, gülzar olan yerə.

Öz nazənin təbibinə de gizli dərdini,Qoyma nigarı, yol tapa əğyar olan yerə.

Biganədən çətindir ayırmaq gözəlləri,Mümkün deyil ki, getməyə gül xar olan yerə.

Çoxdandır, arizu edirəm bir görəm sizi,Könlüm uçur həmişə vəfadar olan yerə.

Bir vaxt sən əsiri idin nazlı bir gülün,Heç bir yolun düşürmü o dildar olan yerə?

Barı vəfasız olma ona, sən vəfalı ol.Hərdən sifariş eylə o sərdar olan yerə.

Canan vəfasız olsa da, əl çəkmək olmayır,Quş meyl edər həmişə giriftar olan yerə.

Sən yaz Kamal müəllimə, biz eşq məstiyik,Bizdən qaçırsa, getsin o huşyar olan yerə.

Bir ahu gözlü Vahidi heyran edib yenə,Gəlmiş təbib naz ilə bimar olan yerə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви