Məqsəd üzündür, aşiqə cənnət bəhanədir,Ləlin yanında çeşmeyi-kövsər fəsanədir.

Bülbüllərin sədası tutub səhni-gülşəni,Bihuş edib məni, nə gözəl, xoş təranədir.

Çəkmiş kənarə hər kəs öz istəkli dilbərin,Gülüzlülərlə söhbətimiz məhrəmanədir.

Nə xardən əsər görünür, nə rəqibdən,Pəh-pəh, nə yaxşı dövr, nə yaxşı zəmanədir!

Sərməst edib bizi yenə bu qarəgözlülər,Süzgün baxışları nə gözəl, şairanədir.

İndi təsəvvür eylə bu bağın gözəllərin,Hal əhli anlayar, bu nə rəmzü kinayədir.

Vahid, sevin ki, xalq özü qiymət verir sənə,Təbin gövhər saçan nə tükənməz xəzinədir!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви