Nə üçün hüsnünə, ey gül, belə məğrur oldun?Bivəfalıqda bütün aləmə məşhur oldun.

Niyə öz aşiqini bunca nəzərdən saldın,Kimlər öyrətdi səni, ya niyə məcbur oldun?

Bəslədim zəhmət ilə qönçə zəmanında səni,Niyə gültək açılıb, qeyrilə məsrur oldun?

Tutdun əğyarı, məni hicr oduna yandırdın,Sənə biganə olan kəslər ilə cur oldun.

Özgələr məclisini güntək işıqlandırdın,Bizə yetdikdə nə tezkən belə binur oldun?

Verdin əğyarə nişan cümlə gözəlliklərini,Pərdeyi-zülflə görcək bizi məstur oldun.

Son hələ, Vahid, “ənəlhəqq” sözünü vird eylə,Bir soran olmadı səndən, niyə Mənsur oldun?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви