Şərab ola, mən olam, bir də nazlı dilbər ola,Bir özgə aləmi vardır, əgər müyəssər ola.

Səfayi-məclisi-mey min behiştdən artıqdır,Bir əldə gül tuta canan, bir əldə sağər ola.

Olanda məst, aça zülfün nigar, nəşəsi var,Ümumə zövq verə bəzmi-mey, müəttər ola.

Büsati-badədə hal əhlinin fədası olum,Şərabı qal ilə içmə, əgər peyəmbər ola.

Əsiri-zülfünəm, ey şux, gəl acıqlanma mənə,Əsirə hörmət edərlər, əgərçi kafər ola.

Nə Leyli sən kimi olmuş, nə mən kimi Məcnun,Nəkarədir gəlib onlar bizə bərabər ola?!

Görəndə, Vahid, üzün yarımın, əsir könlüm,Nə növ sakit olum: od ola, səməndər ola?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви