Həyata zövq verən sevgidir, məhəbbətdir
Həyata zövq verən sevgidir, məhəbbətdir,Məhəbbət hər kəs üçün ən böyük səadətdir!
Nə məclisin olur olsun, ümumə xidmət elə,Ümumə xidmət özü başqa bir şərafətdir!
Büsati-meydə özün düz aparmayan kimsəNəsihət ilə düzəlməz, gədatəbiətdir!
Bir azca nəşələnib əzmə ruhin özgələrin,Utan bu tutduğun işdən, bu ki qəbahətdir!
Ətrafi-məclisi seyr et, ədəblə badəni iç,Nə gəldi ağzına, sərf eyləmək pis adətdir!
Ki, yoxsa pul da gedə, hörmətin də məclisdə,Bu məstlik, belə işrət görək nə hacətdir?
Nə tara fikir verirsən, nə də qəzəlxanə,Ya şerdir bu və ya nəğmədən ibarətdir?
Qədəh əlində gül ol, bülbül ol, görən kəslərDalınca söyləməsinlər: nə biləyaqətdir!
Bilərmi, cahilə yüz dəfə söyləsən, Vahid,Və lakin arifə bir kəlmə söz kifayətdir!
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-heyata-zovq-veren-sevgidir-mehebbetdir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Oğlum, atanın çıxma sözündən, kor olarsan,Alverdən uzaqlaşma, inan, dilxor olarsan;
Oğulun cavabıMəni təhrik eləmə alverə, vicdansız ata!Qəlbsiz, duyğusuz, anlaqsız ata, şansız ata!
Sənə nə?!– Gecə-gündüz içirəm əhli-mazağam, sənə nə?Mərifətdən, mədəniyyətdən uzağam, sənə nə!
Dədə, vay!Dədə, vay, hey yatıram, bir yuxudan doyammıram,Bu ağır yatmağımın sirri nədir, duyammıram?