Dədə, vay, hey yatıram, bir yuxudan doyammıram,Bu ağır yatmağımın sirri nədir, duyammıram?

Sanki qızdırmalıyam, baxsan əgər rəngü ruxuma,Bir putovka götürüb getməli oldum Suxuma,Gecə olmaz ki, gəlib girməyə Sabir yuxuma,Çağırır tənəli sözlərlə məni, oyanmıram,Bu ağır yatmağımın sirri nədir, duyammıram!?

Deyirəm, ey böyük usta, məni salma yadına!Şuşa şəhrində deyirlər ki, klub var adına,Belə məlum ki, o layiq deyil istedadına.Hələ də mən özümə xırda bir ad qoyammıram;Bu ağır yatmağımın sirri nədir, duyammıram!?

Bu klub bənzəyir, hərçənd, uçulmuş otağa,Çevrilib qışda inək, yazda qoyun saxlamağa;Atılıb musiqi alətləri bir künc-bucağa,Mənə nə, mən ki bu toz-torpağa heç boyanmıram,Bu ağır yatmağımın sirri nədir, duyammıram!?

Çox adamlar bu klubdan birə-min xeyrə çatır,Dörd nəfər işçisi var, müftə yeyir, müftə yatır,Boş adamlar da gəlir axşamacan şeş-beş atır,Üz ki vardır utanır, heç kəsi qovammıram;Bu ağır yatmağımın sirri nədir, duyammıram!?

Bilməyirmi bu klub söhbətini raykom özü?Görməyir səncə, maarifçilərin yoxsa gözü?Bir də təkrar eləmə, hər yerə çatdın bu sözü.Danlayıb onların hər gün üzünü yuyammıram!?Dədə, vay, hey yatıram, bir yuxudan doyammıram!?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира