Əhdü peymanı düz olsaydı gülün bülbül üçün,Bülbülün gülşəni tutmazdı sədası gül üçün.

Lalərəng oldu piyaləm həvəsi-ləlin ilə,Qanə döndü ürəyim nəşeyi-bihasil üçün.

Afərinlər sənə bu naz ilə can almaqda,Sən ki varsan, daha yer qalmadı Əzrail üçün.

Ney kəsilmək sitəmindən demə, fəryada gəlir,Ucalır naleyi-ney həmdəmi-naqabil üçün.

Rahi-cananda Züleyxa da bəlalər çəkdi,Min sitəm gördü, o bir Yusifi-şirindil üçün.

Əgər ovsafi-cəmalı o məhin şərh oluna,Möcüzi-həllinə aciz qalacaq təhlil üçün.

Söyləməzdim səri-zülfündəki divanələri,Dərsi-ibrət bu əgər olmasa hər aqil üçün.

Eybü nöqsansız olan kimsə tapılımaz, Vahid,Cəhldən qaç, oxu əşarını sən kamil üçün.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви