İrəvan səfada nə qədər xoşsa,Bizim yaylaqlara tay ola bilməz.O buzlu bulaqsız, yaşıl çəmənsiz,Ömrə yarar nə il, ay ola bilməz.

Hələ şehli-şehli tər bənövşədən,Dəstə-dəstə topla, dər bənövşədən.Öpüb dilbərini tax döşü üstdən,Yara bundan gözəl pay ola bilməz.

Əlvan çəmən, bir istəkli, bir də sən,Hər yan lalə, nərgiz, hər tərəf gülşən.Məmmədhüseyn, zövq al yar gülüşündən,Öpüşə görüşdə say ola bilməz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви