Dedi
Aradım bir şəhlagözün qəlbini,Hər yaman, yaxşıya düz ki, düz dedi.Qəlbimə xoş ilham sandım onu mən,Oxşayıb çox məni qara göz dedi.
Baş açmadım fitnəsindən, felindən,Eşqin camın alıb içdim əlindən.İncimədim nə də şirin dilindən,Axır zaman məndən əlin üz, – dedi.
Oynatdı könlümü, atdı ilqarı,Könül aşinası etdi yadları.Söndürüb alovlu bir gənc vüqarı,Yenə üzə gülüb şirin söz dedi.
Hər əmələ, hər sevdaya baş əydi,Onunu ötürdü, on beşə dəydi.Deyəndə ki, gözəl, gəl pozma əhdi,Mənimlə çox durma üzbəüz, – dedi.
Aldandım əzəldən, bilmirəm nədən,Pəri donu geymiş bu şahmara mən.Utanmadı, mən üz döndərən zaman,Məmmədhüseyn: – Əhdə düzəm, düz, – dedi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sair-memmedhuseyn-dedi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
AğlaramÇərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı