Ay hazarat, başa yaman bəladır,Çox danışıb ərlə deyişən arvad.Bütün günü ar etməyib kimsədən,Savaşıb, qışqırıb, döyüşən arvad.

Yaman oda saldım özüm-özümü,Baş açmıram seçəm əyri-düzünü.Ha deyirəm, eşidən yox sözümü,Aman, tapın alnıaçıq, şən arvad.

Məmmədhüseynəm, yanar oda düşmüşəm,Qəm içində qəmtək qara bişmişəm.Nə lazımmış özü çirkin, ağlı kəm,Uşağa, böyüyə iyəşən arvad.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов