Hər kəs ki desə, dərdimi dildarə mənimçün
Hər kəs ki desə, dərdimi dildarə mənimçün,Guya ki, təbibimdir, edib çarə mənimçün.
Bir bülbüləm, öz naleyi-zarım mənə bəsdir,Kim yalvaracaq güldən ötrü xarə mənimçün.
Bir lalərüxün mən yenə zülfündə əsirəm,Gördükdə deyir xəlq günü qarə mənimçün.
Candan keçərəm, bir elə hal əhli olaydı,Dərdim deyib ol dilbərə, yalvarə mənimçün.
Pərvanədə olsaydı əgər məndə olan eşq,Yüz şövq ilə çırpardı özün narə mənimçün.
Heç bir kəsə razı deyiləm yar yolunda,Minnət çəkə bundan belə əğyarə mənimçün.
Başdan-başa, Vahid, bütün aləm gözəl olsa,Artıqdır hamından yenə Məhparə mənimçün.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-her-kes-ki-dese-derdimi-dildare-menimcun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Molla Həsən, niyyətinə mərhəba,İş düzələr, deyirdin bu gün, sabah.
Qurban bayramıBir də görsəydim səni röyadə, qurban bayramı,Həsrətim qalmazdı bu dünyadə, qurban bayramı!
Vay dədəDağıldı getdi, vay, dədə, əcəb, cəlalı mollanın,Hanı o köhnə hörməti, hanı o halı mollanın?
Ata nəsihətiOğlum, atanın çıxma sözündən, kor olarsan,Alverdən uzaqlaşma, inan, dilxor olarsan;
Стихи других поэтов · О любви
Ərz-i halım qasid söylə dilbərə,Gör ki mənim ah-ü zarım bilürmi.
Zərafətim varQurban olum sənə, vəfalı dilbər,Əfv elə, təqsirim, xəcalətim var,
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Ey dil, vəfası yoxdu dilara gözəllərinEy dil, vəfası yoxdu dilara gözəllərin,Cövrü cəfası çoxdu bu rəna gözəllərin.